"Qarabağ" millimizin futbolçusu ilə müqaviləni uzatdı

  Bölmə: Ölkə futbolu | 732 | 15:17 12-06-2021
"Qarabağ" millimizin futbolçusu ilə müqaviləni uzatdı

"Qarabağ" futbolçusu Toral Bayramovla müqavilənin müddətini uzadıb.

Ağdam təmsilçisi 20 yaşlı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalayıb.

Gənc oyunçu ötən mövsüm "köhlən atlar"ın heyətində keçirdiyi 26 görüşdə 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Toral Bayramov Azərbaycanın əsas millisinin də formasını geyinir.


Digər xəbərlər