Rafiq Hüseynov "Poland Open"də bürünc medal qazandı

  Bölmə: Güləş | 493 | 21:34 12-06-2021
Rafiq Hüseynov "Poland Open"də bürünc medal qazandı

Varşavada güləş üzrə "Poland Open" turniri davam edir.

Beşinci yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.
82 kq-da turnirdə iştirak edən Rafiq Hüseynov debütdə danimarkalı rəqibinə qalib gəlib. Həmyerlimiz yarımfinalda ukraynalı güləşçiyə minimal fərqlə məğlub olub. Hüseynov üçüncü yer uğrunda görüşdə Norveç idmançısına gücünü göstərib. İlk hissədə rəqibini "tuşe" ilə üstələyən Rafiq bürünc medal qazanıb.

82 kq
1/4 final: Rafiq Hüseynov - Raybek Bisultanov (Danimarka) 4:1
1/2 final: Rafiq Hüseynov - Yaroslav Filçakov (Ukrayna) 3:4
Bürünc medal görüşü: Rafiq Hüseynov - Maqnus Qroenvik (Norveç) 9:0 (tuşe)


Digər xəbərlər