AÇ: Meydanda ürəyi dayanan futbolçudan xəbər var

  Bölmə: Qatar-2022 | 364 | 22:07 12-06-2021
AÇ: Meydanda ürəyi dayanan futbolçudan xəbər var

Avro-2020-nin B qrupunun Danimarka - Finlandiya matçı dayandırılıb. Buna Danimarka millisinin futbolçusu Kristian Eriksenin 45-ci dəqiqədə huşunu itirməsi səbəb olub. Meydana təcili həkimlər daxil olub və ona ürək masajı ediblər. Futbol xərəkdə meydançadan çıxarılıb, ancaq onun durumu barədə məlumat verilməyib. Yığmaların oyunçuları da meydanı tərk ediblər.

OLİMPSPORT Hollandiya radiosuna futbolçunun menecerinin verdiyi məlumata istinadən xəbər verir ki, hazırda xəstəxanada olan Eriksen danışa bilir və öz ailəsi ilə birlikdədir.


Digər xəbərlər