AVRO-2020: Macarıstan son çempiona, Almaniya Fransaya qarşı

  Bölmə: Qatar-2022 | 364 | 10:06 15-06-2021
AVRO-2020: Macarıstan son çempiona, Almaniya Fransaya qarşı

Bu gün futbol üzrə Avropa çempionatında daha iki oyun keçiriləcək.

F qrupunun görüşləri ilə I tura yekun vurulacaq.

Günün ilk matçı Macarıstanda yerli yığma ilə turnirin son qalibi Portuqaliya arasında olacaq. Budapeştdəki "Puşkaş Arena"da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək.

Digər matçda isə Avropa çempionatının 2 əsas favoriti - Almaniya və Fransa milli komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Münhendəki eyniadlı areanda baş tutacaq görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İki komanda ilk dəfə hansısa böyük turnirin qrup mərhələsində üz-üzə gələcək. Sonuncu dəfə AVRO-2016-nın yarımfinalına təsadüf edən dueldə fransızlar 2:0 hesablı qələbə qazanıblar.

Avropa çempionatı

F qrupu, I tur

20:00. Macarıstan - Portuqaliya

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Budapeşt, "Puşkaş Arena"

23:00. Fransa - Almaniya

Baş hakim: Karlos del Serro Qrande

Münhen, "Münhen Futbol Arenası"

 

Digər xəbərlər