
Məzahir Süleymanzadə anıldı
Ustad jurnalist Məzahir Süleymanzadənin vəfatından 40 gün ötür.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının bir qrup təmsilçisi həmkarımızın məzarını ziyarət edib.
AİJA prezidenti Eldar İsmayılov, idman jurnalistikamızın canlı əfsanəsi Aydın Əliyev, "Azərbaycan" qəzetinin idman şöbəsinin rəhbəri Rizvan Cəfərov, Məzahir Süleymanzadənin qardaşları - jurnalist Mahir Süleymanov və FİFA referisi Tahir Süleymanov görkəmli jurnalist haqda xatirələrini bölüşüblər.
Məzahir Süleymanzadə kimi istedadlı qələm sahibinin, dəyərli ziyalının yoxluğunu jurnalistikamız və cəmiyyətimiz hələ uzun müddət hiss edəcək.
Onun əziz xatirəsi Məzahir müəllimi tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!




Daha çox xəbər





AIPS-AİJA
10-01-2023
AIPS Avropa prezidenti Ç.Kamenzuli AİJA prezidenti Eldar İsmayılovu təbrik edib








Olimpiya Növləri
21-12-2022
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib















