
İlin məşqçisi seçilən Qurban Qurbanov mükafatlandırılıb
Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda ilin məşqçisi seçilən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırılıb.
“Fairmont Baku” hotelində baş tutan tədbirdə futbol ictimaiyyətinin nümayəndələri, jurnalistlər və qonaqlar iştirak ediblər.
50 yaşlı mütəxəssis 67 jurnalist arasında təşkil olunan səsvermədə 54 səslə birinci olub.
O, 2009-cu ildən bu yana keçirilən sorğuda hər il bu mükafata layiq görülüb.
Daha çox xəbər




Ölkə futbolu
17-05-2023
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası "Qalatasaray" la dostluq görüşünə çıxır












AIPS-AİJA
10-01-2023
AIPS Avropa prezidenti Ç.Kamenzuli AİJA prezidenti Eldar İsmayılovu təbrik edib








Olimpiya Növləri
21-12-2022
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib




