"Sumqayıt" sonuncu pillədən xilas oldu, "Sabah"dan növbəti xal itkisi

Misli Premyer Liqasında 17-ci tur davam edir.

2-ci oyun günündə 2 matç keçirilib. Kəpəz" Gəncədə "Sabah"ı qəbul edib. Gərgin keçən matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Ötən tur "Şamaxı" ilə oyunda (1:1) xal itirən "Sabah" bu turda da qələbə qazana bilməyib.

Digər oyunda isə "Səbail" "Sumqayıt"ın qonağı olub. 2:0 hesabı ilə qalib gələn "Sumqayıt" sonuncu pillədən qurtularaq 8-ci yerə yüksəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq.

14 dekabr (çərşənbə)

19:00. “Sumqayıt” – “Səbail” - 2:0

Qollar: Stiven Pereyra, 9, Vüsal İsgəndərli, 54
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
“Kapital Bank Arena”

14:00.“Kəpəz” – “Sabah” - 2:2

Qollar: Coy Lens Mikels, 34 (0:1), Abdullahi Şuaybu, 35 (1:1), 73 (2:1), Aleksey Kaşuk, 88 (2:2)

Qırmızı vərəqə: Ceyhun Nuriyev, 90+1 ("Sabah")
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov
Gəncə şəhər stadionu

15 dekabr (cümə axşamı)

14:30. “Turan Tovuz” – “Neftçi”
Hakimlə
r: Əliyar Ağayev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov
Tovuz şəhər stadionu

13 dekabr (çərşənbə axşamı)

“Qarabağ” – “Qəbələ” - 1:0

“Şamaxı” – “Zirə” - 0:0

N Klublar O Q H M T-F X
1 Qarabağ 17 15 2 0 45-8 47
2 Sabah 17 12 4 1 34-13 40
3 Neftçi 16 10 2 4 31-19 32
4 Zirə 17 8 3 6 18-22 27
5 Qəbələ 17 7 3 7 20-18 24
6 Turan Tovuz 16 4 4 8 11-21 16
7 Şamaxı 17 2 7 8 14-25 13
8 Sumqayıt 17 2 6 9 10-24 12
9 Kəpəz 17 2 5 10 14-33 11
10 Səbail 17 2 4 11 13-27 10

Bombardirlər

Ramil Şeydayev ("Qarabağ") - 13 qol
Musa Qurbanlı ("Qarabağ") - 11 qol
Emin Mahmudov ("Neftçi") - 9 qol
Coy Lens Mikels ("Sabah") - 8 qol