
Millimiz 2022-ci ili ardıcıl qələbələrlə başa vurdu
Bu gün milli komandamız növbəti yoxlama oyununa çıxıb.
Canni De Byazinin rəhbərlik etdiyi yığmamız səfərdə Şimali Makedoniya ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Bu, Millətlər Liqası və yoxlama oyunları da daxil olmaqla milli komandamızın ardıcıl 5-ci qələbəsi olub.
Qeyd edək ki, millimiz bir neçə gün əvvəl səfərdə Moldova ilə yoxlama matçında qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
20 noyabr
Yoldaşlıq oyunu
17:00. Şimali Makedoniya - Azəraycan - 1:3
Qol: Bardhi, 25 (1:0), Elvin Cəfərquliyev, 38 (1:1), Musa Qurbanlı, 65 (1:2), Ramil Şeydayev, 89 (1:3)
Qırmızı vərəqələr: Boban Nikolov, 52-iki sarı vərəqə (Şimali Makedoniya), Höccət Haqverdi, 75 (Azərbaycan)
Hakimlər: Enea Yorqyi, İlir Tartaray, Doyando Miftari, Yovan Kaçevski (hamısı Albaniya)
Skopye, “Todor Proeski Milli Arena”sı
Daha çox xəbər







24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər







21-09-2023
AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21-09-2023
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb


21-09-2023
Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real Madrid" qələbə qazanıb











