
Diqqət! Beynəlxalq təlim - "Rəqəmsal İdman Jurnalistikası"
Diqqət! Beynəlxalq təlim - "Rəqəmsal İdman Jurnalistikası"
Dəyərli həmkarlarımız!
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və Avropa İdman Mətbuatı İttifaqının (AIPS Europe) tamhüquqlu üzvü və ölkəmizdə yeganə rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) yeni layihəsini təqdim edir.
Yaradıcılığında idman mövzusuna üstünlük verən, ingilis dilini yaxşı bilən reportyorlarımızın beynəlxalq təcrübəyə yiyələnmələri və bu sahədə peşə vərdişlərini təkmilləşdirmələri məqsədilə mübadilə proqramlarına start veririk. Bu sahədə dünya öncülləri sırasında yer tutan Pakistan İdman Yazarları Federasiyası (PSWF) ilə birgə 20-24 dekabr tarixlərində ZOOM platforması üzərindən müasir dövrün tələblərinə uyğun "Rəqəmsal İdman Jurnalistikası" (Digital Sport Journalism) mövzusunda ödənişsiz təlim-seminar keçirəcəyik.
Qardaş ölkənin nüfuzlu media qurumlarının peşəkarları, həmçinin AIPS prezidenti Canni Merlo iştirakçılarla öz bilik və təcrübələrini bölüşəcəklər. Yekunda onlayn təlimlərdə fəallığı ilə fərqlənən 4 nəfər ölkənin aparıcı media qurumlarında 5 günlük təcrübə üçün səfər xərcləri qarşılanmaqla Pakistan paytaxtı İslamabada göndəriləcəklər.
Təlimdə iştirak üçün https://forms.gle/mjEZqxD4hvRjTGEt5 ünvanına daxil olmaqla qeydiyyatdan keçə bilərsiniz.
Əlaqə: Nərgiz Mahmudzadə - [email protected]
Daha çox xəbər









Digər növlər
30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






Xarici futbol
26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










Olimpiya Növləri
24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Olimpiya Növləri
24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



