AIPS Avropa prezidenti Ç.Kamenzuli AİJA prezidenti Eldar İsmayılovu təbrik edib

 

Əziz Eldar,

Sənə və ailənə Yeni 2023-cü il münasibətilə ən xoş arzularımı bildirirəm. 75 yaşını qeyd etdiyin ərəfədə xüsusi təbriklərimi çatdırıram. Belə bir gündə səni əsl və əbədi bir dost kimi təbrik edir, daha uzun illər bax belə dost qalmağımızı arzu edirəm.

Uzun illərdir bir-birimizi tanıyırıq. Hər zaman göstərdiyin daimi dəstəyinə görə sənə təşəkkür etmək istəyirəm və bildirirəm ki, bu münasibətin əsl dostluq nümunəsi olub.

Səni əmin edə bilərəm ki, mənim dəstəyimə və ya hər hansı bir şəkildə köməyimə ehtiyacın olduqda, məni hər zaman yanında tapaçaqsan.

Bu gün 75 illik yubileyini qeyd etmək günüdür. Əmin ol ki, sənin kimi hər zaman idman dünyasında olan biri üçün belə bir tarix sadəcə müraciət etmək üçün bir gündür və şəxsən deyə bilərəm ki, sən hələ də ilk görüşümüzdəki kimi eyni formada yaraşıqlı qalmısan.

Bir daha… 75 yaşın mübarək. Tezliklə görüşmək ümidi ilə.

Hörmətlə

Çarlz Kamenzuli
AIPS Avropa Prezidenti