
Azərbaycan ağırlıqqaldıranı zədəyə görə dünya çempionatından imtina edib
Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov (67 kiloqram) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında mübarizəni erkən başa vurub.
"Olimpsport" xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyası məlumat yayıb. Məlumata görə, körpücük üzərinə çıxan idmançı dizindəki zədə səbəbindən ilk yanaşmasından (128 kiloqram) sonra yarışdan imtina etmək qərarına gəlib.
Qeyd edək ki, mundial Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Sentyabrın 17-dək davam edəcək yarışda 894 atlet (469 kişi və 425 qadın) iştirak edir.
Daha çox xəbər









Digər növlər
30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






Xarici futbol
26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










Olimpiya Növləri
24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Olimpiya Növləri
24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



