
Güləşçilərimiz Dünya Seriyasının 4-cü mərhələsində 3 medal qazanıblar
Çimərlik güləşi üzrə Azərbaycan millisinin üzvləri Rumıniyanın Konstansa şəhərində keçirilən Dünya Seriyasının dördüncü mərhələsində 1 qızıl, 2 gümüş medal qazanıblar.
"Olimpsport" xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Məlumata görə, yarışda Azərbaycanı Ramiz Həsənov (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil ediblər.
Güləşçilərimiz qrup mərhələsini uğurla adlayaraq yarımfinala yüksəliblər.
Həsənov yarımfinalda Valentin Seymetslə gərgin keçən görüşdən qalib ayrılıb – 3:2. O, finalda ukraynalı Aleksey Boruta 0:3 hesabıyla məğlub olaraq, gümüş medalla kifayətlənib.
Yusubov final yolunda amerikalı Tayson Beauperthuya heç bir şans verməyib – 3:0. İbrahim həlledici görüşdə ukraynalı Aleksey Yakovçuka tam üstünlüklə (3:0) qalib gələrək, qızıl medal qazanıb.
Nəzəriani prinsipial görüşdə gürcüstanlı Mamuka Kordzayanı üstələyib – 1:0. Türkiyəli Fatih Yaşarlıyla final qarşılaşması gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə qələbəni əldən verən Azərbaycan təmsilçisi 2:3 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.
Qeyd edək ki, Dünya Seriyasının final mərhələsi oktyabrın 14-15-də Türkiyənin Muğla şəhərində keçiriləcək.
Daha çox xəbər







24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər







21-09-2023
AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21-09-2023
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb


21-09-2023
Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real Madrid" qələbə qazanıb











