
Sambo üzrə Dünya çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb
Oktyabrın 5-9-u aralığında Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında dünya birinciliyinə qatılacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
"Olimpsport" xəbər verir ki, yarışda ölkəmizi 14 idmançı təmsil edəcək.
Yeniyetmələr arasında Ziyəddin Zeynallı (53 kq), Nicat İsmayılov (58 kq), Nicat Rəhimov (64 kq), Nicat Sultanov (71 kq), Sülhan Süleymanlı (79 kq), Hüseyn Hüseynli (88 kq) və Hacıbaba İmaməliyev (+98 kq) mübarizə aparacaq. Gənclər kateqoriyasında isə Sahib Babayev (58 kq), İlkin Şahgəldiyev (64 kq), Ricad Nadirov (71 kq), Səməd Şıxıyev (79 kq), Sadiq Zeynallı (88 kq), Rəsul Aydəmirov (98 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) gücünü sınayacaq.
Qeyd edək ki, samboçular hazırda Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Hazırlıq prosesi sentyabrın 30-dək davam edəcək.
Daha çox xəbər









30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



