Basketbol Liqası: Yarımfinalın daha bir oyunu keçirilib

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin daha bir görüşü keçirilib.

"Olimpsport" xəbər verir ki, növbəti oyun günü "NTD-İndiqo" ilə "Xəzri" komandaları qarşılaşıb.

"Sərhədçi" İdman Mərkəzində baş tutan matçda ikincilər 63:61 hesablı qələbə qazanıb.

Bu komandalar arasında ikinci duel mayın 11-də reallaşacaq. İki matçın yekununda bərabərlik olarsa, üçüncü oyun mayın 13-də keçiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsində dünən bir qarşılaşma oynanılıb. "Sabah" və "Xırdalan" komandaları üz-üzə gəlib. Matç birincilərin 101:85 hesablı qələbəsi ilə başa çatıb.