Nikola Yokiç mövsümün ən dəyərli basketbolçusu seçilib

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) 2023/2024 mövsümünün ən dəyərli oyunçusu bəlli olub.

"Olimpsport" xəbər verir ki, bu ada "Denver" klubunun üzvü Nikola Yokiç layiq görülüb.

29 yaşlı serbiyalı oyunçu son dörd mövsümdə üçüncü dəfə bu mükafata sahib çıxıb.

Qeyd edək ki, "Denver" müntəzəm mövsümdə Qərb Konfransında ikinci yeri tutub. Komanda pley-off mərhələsinin ilk turunda “Los Anceles Leykers”i məğlub.