Azərbaycanın güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Rəşad Məmmədov (55 kq) Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.

"Olimpsport" xəbər verir ki, idmançımız üçüncü yer uğrunda görüşdən qalib ayrılıb.

Qeyd edək ki, U-23 Avropa çempionatı mayın 26-da başa çatacaq.