Azərbaycan Minifutbol Federasiyasının rəsmi saytı istifadəyə verilib

Azərbaycan Minifutbol Federasiyasının (AMF) rəsmi saytı istifadəyə verilib.

"Olimpsport" xəbər verir ki, bu barədə Bakıda keçiriləcək dünya çempionatının təqdimat mərasimində bildirilib.

AMF-nin rəsmi saytının (minifutbol.az) fəaliyyətə başlaması ilə əlaqədar videoçarx nümayiş olunub.