Fransalı altıqat dünya çempionu komanda yoldaşının kredit kartını oğurlayıb
Biatlon üzrə fransalı altıqat dünya çempionu Culiya Simon dələduzluqda təqsirli bilinib.
"Olimpsport" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı idmançı millidəki komanda yoldaşının kredit kartını oğurlayıb və ondan alış-veriş üçün istifadə edib.
O, geyim və idman aksessuarları mağazalarından bir neçə dəfə özünə əşyalar alıb.
Təlim-məşq toplanışı zamanı onunla eyni otaqda qalan Hyustin Breza-Buşe adlı biatlonçu bununla bağlı polisə müraciət edib.
İdmançı cərimə olunub və həmkarına dəymiş ziyanı ödəməyə məhkum edilib.