Cüdoçularımız liderliklərini qorudular

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Olimpsport.az xəbər verir ki, oktyabr ayı üçün açıqlanan siyahıda yığmamızın aparıcı cüdoçularından yalnız birinin mövqeyində dəyişiklik edilib. Tərlan Kərimov (66 kq) bir pillə geriləyərək 36-cı pillədə qərarlaşəb. Ondan fərqli, Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) yenə öz çəkisinin birincisidi.

 

Yığmamızın digər aparıcı cüdoçuların,  İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şıxəlizadə (66 kq) 8-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elxan Məmmədov (100 kq) 19-cu, Uşanqi Kokauri (+100 kq) 22-ci və Aişə Qurbanlı (48 kq) 40-dı.