Milli komandamıza yeni baş məşqçi təyin olunub

Cüdo üzrə qadınlardan ibarət yığma komandamıza yeni baş məşqçi təyin olunub. Olimpsport.az xəbər verir ki, bu vəzifəyə cüdo üzrə yeniyetmələr, gənclər, kişilər arasında 10 qat SSRİ çempionatının mükafatçısı, sonuncu SSRİ Xalqları Spartakiadasının qalibi, hərbçilər arasında dünya çempionu, veteranlar arasında dəfələrlə dünya çempionatının mükafatçısı və beynalxalq dərəcəli idman ustası  Elçin İsmayılov təyin olunub.

Qeyd edək ki, vaxtilə Elçin İsmayılov "Olimp sport" jurnalına müsahibə verərkən ən böyük arzusunun yığma komandada çalışmaq olduğunu bildirmişdi.Təcrübəli mütəxəssisə işlərində uğurlar arzulayırıq.