IV İslam Həmrəyliyi Oyunlarının rəsmi geyim formaları ictimaiyyətə təqdim edilib
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının rəsmi geyim formaları ictimaiyyətə təqdim edilib. Peşəkar dizaynerlər komandasının təqdim etdiyi fərqli görünüşlərə malik formalar texniki rəsmilər, işçi heyəti və podratçılar olmaqla, müxtəlif işçi qrupları üçün nəzərdə tutulub. Oyunların Könüllüləri və işçi heyəti üçün hazırlanmış formalar da eyni dizayna və görünüşə malikdir. Rəsmi forma dizaynlarının hazırlanması prosesində Bakı 2017 Oyunlarının loqosundan, brendin rəsmi rənglərindən və elementlərindən istifadə edilib. İslamı özündə təcəssüm etdirən, eyni zamanda IV İslam Həmrəyliyi Oyunlarının da rəngi olan yaşıl əsas işçi heyətinin və könüllülərin formalarında xüsusi olaraq xalça motivləri üzərində özünəməxsus ahəngdarlığı ilə yer alıb. |