Güləşçilərimiz Bolqarıstanda dörd medal qazanıb

Bugün Bolqarıstanda yunan-Roma güləşi üzrə  keçirilən Dan Kolov-Nikola Petrov turnirində Rəsul Çunayev (71 kq) qızıl, Taleh Məmmədov (59 kq) isə bürünc medal qazanıb.  

Xatırladaq ki, Rəsul yarım final mərhələsində macarıstanlı son dünya çempionu olan güclü rəqibinə qalib gəlib.

Sərbəst güləşçilərimizdən isə Mahir Əmiraslanov (57 kq) və Məhəmməd Müslümün (65 kq) bürünc medal qazanıb.