"Aprel Şəhidləri"nin xatirəsinə güləş turniri keçirilib

Bugün "Olimpsport" jurnalının təşkilatçılığı ilə "Aprel Şəhidləri" nin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə turnir keçirilib. Turnirin keçirilməsində əsas məqsəd şəhidlərimizi yad etmək və yeniyetmələrdə vətənpərvərlik ruhunu yüksəltmək olub. Yarışın açılış mərasimində torpaqlarımız uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhuna dualar oxunub və Dövlət himnimiz səslənib. Əsasən paytaxt idmançılarının mübarizə apardığı birincilikdə yüzdən çox idmançı qüvvəsini sınayıb. Turnirdə yer tutmuş idmançılara "Olimpsport" jurnalı tərəfindən diplom və medallar təqdim olunub.