Milli komandanın baş məşqçisi Firdovsi Umudov öz mükafatına qovuşdu

Dünən sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi, şöhrət ordenli Firdovsi Umudov Azərbaycan Mətbuat Şurasının, "Olimpiya dünyası" qəzetinin və "Olimpsport" jurnalının birgə keçirdiyi 2016-cı ilin idman sorğusunun nəticələrinə əsasən "ilin ən yaxşı məşqçisi" mükafatına layiq görülüb. Mükafatı dünya "Kuboku"nun sahibinə AGF-nin vitse-prezidenti,şöhrət ordenli Elçin Cəfərov təqdim edib.

Xatırladaq ki, keçən ay Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mükafatlandırılma mərasimində Firdovsi Umudov Türkiyədə "Yaşar Doğu" turnirində olduğundan tədbirdə iştirak etməmişdir.