Cüdoçularımız Avropa çempionatında uğurla çıxış edir

Bugün Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı start götürüb.  Yarışın ilk günü idmançılarımız üçün uğurlu olub. Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıblar.

Ailə Qurbanlı (48) və Nəzakət Əzizova (52) mübarizəni erkən dayandırıb.