Bugün Hacı Əliyevin ad günüdür

Bugün sərbəst güləş üzrə Azərbaycanın yeganə ikiqat dünya çempionu, Rio Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Hacı Əliyevin 26-yaşı tamam olur. Hacı Əliyev 1991-ci ilin aprel ayının 21-də Naxçıvan şəhərində anadan olub. 

Xadırladaq ki, Hacı Əliyev "Olimpsport" jurnalının, "Mətbuat Şurasının və "Olimpiya dünyası" qəzetinin birgə keçirdiyi idman sorğusunun nəticələrinə görə 2016-cı ilin "ən yaxşı  idmançısı" adını qazanmışdır. 

Biz də Hacı Əliyevi "Olimpsport" kollektivi adından təbrik edir, ona gələcək həyatında müvəffəqiyyətlər arzulayırıq.