Bakı İdman Sarayında aprel döyüşlərində şəhid olmuş Raquf Orucovun əziz xatirəsinə həsr olunmuş 21-yaşa qədər cüdoçular arasında beynəlxalq komanda yarışı keçirilib. 101 idmançının (82 oğlan, 19 qız) iştirak etdiyi beynəlxalq turnirdə 12 komanda qalib adı uğrunda mübarizə aparıb. “Aran-Qarabağ”, “Gəncə”, “Judo 2012”, “Masallı”, “Neftçi İdman Klubu” İB, “Qəbələ”, “Sumqayıt”, “Şimal Qərb” zonası, Bakı UGİM-11, İOEUGİM-13 klubları ilə yanaşı Rusiya və Gürcüstan millisi də mötəbər turnirin iştirakçısı olub. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda “Neftçi İdman Klubu” və Rusiya yığması 3-cü olub. Final qarşılaşmalarından öncə yarışın açılış mərasimi keçirilib. Mərasimdə idman ictimaiyyətinin nüfuzlu şəxsləri, millət vəkilləri və fəxri qonaqlar iştirak edib. AKF-prezidenti, millət vəkili Adil Əliyev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri,Olimpiya çempionu Fərid Mansurov və tanınmış nümayəndələr yarışın mahiyyəti haqqında nitq söyləyiblər.Həlledici final görüşündə isə Gürcüstan millisi ilə “Judo 2012” komandası qarşılaşıb. Gürcüstan millisi rəqibinə qalib gələrək aprel döyüşlərinə həsr edilmiş cüdo üzrə beynəlxalq komanda yarışının qalibi olub.
20-05-2024
Azərbaycan Gimnastika Federasiyasının idman direktoru beynəlxalq seminara dəvət alıb
Azərbaycan gimnastları Dünya Kubokunda 2 medal qazanıblar
Azərbaycanın kata üzrə komandalarının yeni baş məşqçisi müəyyənləşib
Azərbaycan cüdoçuları Avropa Kubokunda 6 medal qazanıblar
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb
"Neftçi" Azərbaycan çempionatlarında səfərdə 50-ci böyükhesablı qələbəsini qazanıb
Azərbaycanın daha bir paraatleti dünya çempionu olub
Fil Foden "Mançester Siti" klubunun tarixinə düşüb
Bakıda güləş üzrə U-23 Avropa çempionatı başlayır
AİJA Avropa Media Kubokunun qalibi olub
“Barselona” qalib gəlib, “Real Madrid” xal itirib
Azərbaycanın daha dörd cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Azərbaycan fudokançıları Avropa çempionatıda yüksək nəticələr qazanıb
19-05-2024
“Formula 1” üzrə Emiliya-Romanya Qran-prisinin qalibi müəyyənləşib
"Mançester Siti" ardıcıl dördüncü dəfə çempion olub
Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçirilib
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib
Azərbaycan millisi Avropa Media Kubokunun qalibi olub
"Yuventus" klubunun müvəqqəti baş məşqçisi açıqlanıb
"Sabah" Antalyada beynəlxalq turnirdə iştirak edib
Voleybol məşqçiləri üçün seminar keçirilib
Azərbaycanlı MMA döyüşçüsü ABŞ-da çempionluq kəməri qazanıb
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
Premyer Liqa: XXXV turun görüşlərinə yekun vurulacaq
Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
Qızıl Avropa Liqası: Azərbaycan millisi növbəti sınağına çıxır
18-05-2024
Azərbaycan cüdoçularının dünya çempionatında rəqibləri müəyyənləşib
"Sevilya" klubu mövsümün sonunda baş məşqçisi ilə yolları ayıracaq
Fil Foden Premyer Liqanın ən yaxşı futbolçusu seçilib