Olimpiya mükafatçımız Avropa çempionatında medalsız qaldı

Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov Polşada keçirilən Avropa çempionatında medal qazana bilməyib.  İdman ictimaiyyəti Elmar Qasımovun ən azı ilk üçlükdə qərarlaşacağını gözləyirdi. Ama O, Avropa çempionatının yarımfinalında, keçən ay Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində məğlub etdiyi digər həmyerlimiz Elxan Məmmədova məğlub olub. Elmar bürünc medal uğrunda isə Rusiyalı rəqibinə məğlub olaraq yarışı 5-ci yerdə başa vurub.

Qeyd edək ki, Elxan Məmmədov yarışı 1-ci yerdə tamamlayıb.