24-30 iyul 2017-ci il tarixdə Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək. Yarışda hər 3 güləş növü üzrə Azərbaycan idmançıları da iştirak edəcək. "Olimpsport.az" Azərbaycan Güləş Federasiyasının rəsmi saytının məlumatına istinad edərək bildirir ki,bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, yarış qaydalarında edilən bəzi dəyişikliklər burada test ediləcək. Məlum olduğu kimi, növbəti ildən etibarən qitə və dünya çempionatlarında çəki dərəcələri üzrə yarış günlərinin bir gündən iki günə artırılması nəzərdə tutulur. Belə ki, proqrama əsasən ilkin görüşlər (yarımfinal görüşü də daxil olmaqla) ilk yarış günündə, təsəlliverici və medal görüşləri isə növbəti yarış günündə baş tutacaq. İdmançılar isə hər iki yarış günündə çəki prosesinə cəlb ediləcək. İlk yarış günündə idmançılar mübarizə apardıqları çəkidə güləşsə də, ikinci yarış günündə onlara normadan 2 kq artıq çəkidə güləşməyə icazə veriləcək. Proqrama əsasən, iyulun 24-26-da sərbəst güləşçilər arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında Avropa çempionatının medalları uğrunda Tofiq Əliyev (42 kq), Əşrəf Kərimzadə (46 kq), Ramiz Həsənov (50 kq), Əsgər Məmmədəliyev (54 kq), Turan Bayramov (58 kq), Hacımurad Hacıyev (63 kq), Davud İbrahimov (69 kq), Abdulmuslim Məmmədov (76 kq), Sənan Əlizadə (85 kq) və Hamlet Nəsibli (100 kq) mübarizə aparacaq. İyulun 26-28-də böyük məşqçi Nazim Əlicanov və məşqçi Həsrət Məmmədyarovun başçılığı altında 8 qız güləşçimiz – Şəhanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Yasəmən Məcidli (43 kq), Aynur Camalova (46 kq), Birgül Soltanova (49 kq), Elnurə Məmmədova (52 kq), Jalə Əliyeva (56 kq) və Alina Zakoyeva (60 kq) çempion adı uğrunda yarışacaq. Və nəhayət, son 3 yarış günü, yəni iyulun 28-30-da yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Böyük məşqçi Bəhram Mürvətov və məşqçi Fuad Alıyev rəhbərlik etdiyi heyətdə Həzrət Cəfərov (42 kq), Zaur Əliyev (46 kq), Əsgər Əlizadə (50 kq), Nurağa Yusifli (54 kq), Həsən Məmmədli (58 kq), Vəfadar Cəfərov (63 kq), Asim İmanzadə (69 kq), Fikrət Vəliyev (76 kq), Rüfət Məmmədov (85 kq) və Sərxan Məmmədov (100 kq) yer alıb. Beynəxalq dərəcəli hakim Qərib Əliyev görüşlərin idarə edilməsində ölkəmizi təmsil edəcək.
20-05-2024
Azərbaycan Gimnastika Federasiyasının idman direktoru beynəlxalq seminara dəvət alıb
Azərbaycan gimnastları Dünya Kubokunda 2 medal qazanıblar
Azərbaycanın kata üzrə komandalarının yeni baş məşqçisi müəyyənləşib
Azərbaycan cüdoçuları Avropa Kubokunda 6 medal qazanıblar
"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq
Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb
"Neftçi" Azərbaycan çempionatlarında səfərdə 50-ci böyükhesablı qələbəsini qazanıb
Azərbaycanın daha bir paraatleti dünya çempionu olub
Fil Foden "Mançester Siti" klubunun tarixinə düşüb
Bakıda güləş üzrə U-23 Avropa çempionatı başlayır
AİJA Avropa Media Kubokunun qalibi olub
“Barselona” qalib gəlib, “Real Madrid” xal itirib
Azərbaycanın daha dörd cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Azərbaycan fudokançıları Avropa çempionatıda yüksək nəticələr qazanıb
19-05-2024
“Formula 1” üzrə Emiliya-Romanya Qran-prisinin qalibi müəyyənləşib
"Mançester Siti" ardıcıl dördüncü dəfə çempion olub
Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçirilib
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib
Azərbaycan millisi Avropa Media Kubokunun qalibi olub
"Yuventus" klubunun müvəqqəti baş məşqçisi açıqlanıb
"Sabah" Antalyada beynəlxalq turnirdə iştirak edib
Voleybol məşqçiləri üçün seminar keçirilib
Azərbaycanlı MMA döyüşçüsü ABŞ-da çempionluq kəməri qazanıb
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
Premyer Liqa: XXXV turun görüşlərinə yekun vurulacaq
Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
Qızıl Avropa Liqası: Azərbaycan millisi növbəti sınağına çıxır
18-05-2024
Azərbaycan cüdoçularının dünya çempionatında rəqibləri müəyyənləşib
"Sevilya" klubu mövsümün sonunda baş məşqçisi ilə yolları ayıracaq
Fil Foden Premyer Liqanın ən yaxşı futbolçusu seçilib