“O, Almaniyada doğulsa da, ailəsi Azərbaycanda yaşayır”

“Almaniyada 4 gün hazırlıq keçdik. Daha sonra Bakıya gəldik. Burada olduğumuz üçün çox şadıq. Azərbaycanda bizi çox yaxşı qarşıladılar. Yaradılan şəraitdən tam razıyıq”.

Olimpsport.az-ın məlumatına görə, açıqlamasında Almaniyanın U-17 millisinin baş məşqçisi Meikel Şönveitz deyib.

Şönveitz Almaniya yığmasının formasını geyən azərbaycanlı Renat Dadaşovdan da söz açıb: “Burada Renata maraq çox böyükdür. Bunu da anlayışla qarşılayıram. Çünki o, azərbaycanlıdır. Almaniyada doğulsa da, ailəsi burada yaşayır. Vətənində oynasa da, motivasiya baxımından heç bir problemi olmayacaq. Ona inanıram, düşünürəm ki özünü yaxşı tərəfdən göstərə biləcək”. 

 

Futbolxeber.az