"İnter"in sabiq futbolçusu "Spartak" klubunun baş məşqçisi təyin olunub
İtaliya təmsilçisi "İnter"in və Serbiya millisinin sabiq futbolçusu Deyan Stankoviç "Spartak" (Moskva) komandasının baş məşqçisi təyin olunub.
"Olimpsport" Rusiya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis 2024/2025 mövsümündən etibarən "ağ-qırmızılar"ı çalışdıracaq.
Qeyd edək ki, D.Stankoviç məşqçi kimi sonuncu dəfə 2023-cü ildə Macarıstanın "Ferentsvaroş" klubunda fəaliyyət göstərib.