
Fərid Qayıbov Beyləqan, Horadiz və Ağdama səfər etdi
Gənclər və idman naziri Fərid Qayıbov iyulun 9-da ölkəmizin bir sıra şəhər və rayonlarında səfərdə olub.
Səfər çərçivəsində Fərid Qayıbov Beyləqan, Horadiz və Ağdam Olimpiya İdman Komplekslərinin vəziyyəti ilə tanış olub. Bu idman mərkəzlərində idman bölmələrinin artırılması, idmanın kütləviliyini artırmaq üçün silsilə tədbirlər, eləcə də regional yarışların daha çox keçirilməsi, təlim-məşq toplanışları üçün şəraitin standartlara uyğunlaşdırılması barədə müzakirələr aparılıb.
Mövcud idman bölmələrində uşaq-gənclərin məşğələlərini izləyən nazir məşqçi-mütəxəssisləri dinləyib, onlarla fikir mübadiləsi edib.
Beyləqanda Gənclər Evinin fəaliyəti ilə də tanışlıq olub. Burada gənclərin asudə vaxtının təşkili və yaradıcılıq dənəklərinin işi ilə maraqlanan nazir daha çox gənci əhatə edəcək tədbirlərin təşkili ilə bağlı tövsiyələr verib. Səfər çərçivəsində Horadiz Gənclər Evinə də baxış olub və burada fəaliyyətin qurulmasının vacibliyi vurğulanıb.
Daha çox xəbər







24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər







21-09-2023
AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21-09-2023
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb


21-09-2023
Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real Madrid" qələbə qazanıb











