Azərbaycan təmsilçisi 1/32 finala vəsiqə qazanıb

Azərbaycanı “Paris-2024” Yay Olimpiya Oyunlarında kamandan oxatma növündə təmsil edən Yaylagül Ramazanova mübarizəyə başlayıb.

"Olimpsport" xəbər verir ki, yarışa 30-cu cütdən başlayan xanım idmançı mümkün 720 xaldan 647 xal toplayaraq 39-cu yeri tutub. O, bununla da mövsümdə uğurlu nəticəsinə imza atıb.

Yaylagül Ramazanova 1/32 finalda çinli Quxuan Anla üz-üzə gələcək. Bu mərhələnin görüşləri iyulun 30-da reallaşacaq.

1/32 final görüşləri iyulun 30-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. “Paris-2024” isə avqustun 11-də başa çatacaq.