Bakıda Avropa çempionatı start götürür: ilk günün proqramı

Bu gün Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatına start veriləcək.

Olimpsport.az saytının məlumatına görə, qitə birinciliyinin birinci günündə “A” və “B” qruplarında yer alan kollektivlər mübarizəyə qoşulacaqlar. Çempionatın ilk oyununda Avstriya yığması Bosniya və Hersoqovinanı sınağa çəkəcək. Turnirin açılış mərasimi isə Bakı Olimpiya Stadionunda baş tutacaq. Azərbaycan yığması ilk görüşündə turnirin favoritlərindən olan Portuqaliya ilə üz-üzə gələcək.

14:00 Avstriya - Bosniya

“Bakcell Arena”

Baş hakim: Petr Ardeleanu (Çexiya)

17:00 Ukrayna-Almaniya

Bakı Olimpiya Stadionu

Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)

19:00 Belçika - Şotlandiya

“Bakcell Arena”

Baş hakim: Peter Kraloviç (Sloakiya)

20:00 Azərbaycan - Portuqaliya

Bakı Olimpiya Stadionu

Baş hakim: Bartosz Frankovski (Polşa)