
UNESCO AİPS milli assosiasiyalarının nümayəndələrini Bakıya dəvət edib
UNESCO AİPS milli assosiasiyalarının nümayəndələrini Bakıya dəvət edib
Bu gün Koreya paytaxtı Seulda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 85-ci konqresi öz işini davam etdirir.
Konqresdə UNESCO İdman bölməsinin rəhbəri Filip Müllerin təmsil etdiyi beynəlxalq qurumun qarşıdakı tədbirləri haqqında təqdimatı dinlənilib. O, 26-29 iyun 2023-cü il tarixlərində Azərbaycan Respublikasının paytaxtı Bakıda keçiriləcək bədən tərbiyəsi və idmana məsul nazirlərin və yüksək vəzifəli şəxslərin 7-ci Beynəlxalq Konfransı (MINEPS VII) haqqında məlumat verib.
Təqdimatın sonunda cənab Filip Müller AİPS milli assosiasiyalarının nümayəndələrini Bakıdakı konfransa dəvət edib. AİPS Prezidenti Canni Merlo MİNEPS VII-də iştirak edəcəyini bildirib.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının birinci vitse-prezidenti, AİPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə UNESCO nümayəndəsinə təqdimat və dəvətinə görə təşəkkürünü bildirib.
Konqres may ayının 12-nə kimi davam edəcək.
Daha çox xəbər




17-05-2023
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası "Qalatasaray" la dostluq görüşünə çıxır












10-01-2023
AIPS Avropa prezidenti Ç.Kamenzuli AİJA prezidenti Eldar İsmayılovu təbrik edib








21-12-2022
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib




