Azərbaycanın MMA döyüşçüsü Zaur Hacıbabayev qələbə ilə qayıtdı

Azərbaycanın MMA döyüşçüsü Zaur Hacıbabayev növbəti görüşünü keçirib.

"Olimpsport" xəbər verir ki, idmançı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Qran-Pri"də qüvvəsini sınayıb.

Zədə səbəbindən uzun müddət idmandan kənarda qalan Avropa çempionu misirli Əhməd Əl Tayeblə üz-üzə gəlib.

Görüş Hacıbabayevin erkən qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi həvəskar karyerasında dünya və Avropa çempionatlarında qızıl medal qazanıb. Bu onun peşəkar idmanda 13-cü qələbəsi olub