Əliyar Ağayev Çempionlar Liqasında

Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb.

"Olimpsport" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək "Klaksvik" (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq.

Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.