Şahmat üzrə Dünya Kuboku çərçivəsində 100 lövhədə turnir keçirilib

Bakıda şahmat üzrə Dünya Kubokunun keçirildiyi oyun zalında uşaqlar üçün turnir təşkil olunub.

"Olimpsport" xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) və Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan yarış uşaqlar arasında keçirilib.

50 qız və 50 oğlan şahmatçı arasında 8, 10 və 12 yaş kateqoriyasında baş tutan turnirin sonunda qalib və mükafatçılara sertifikat, kubok və dünya reytinqinin lideri Maqnus Karlsenin imzalı şahmat lövhəsi hədiyyə olunub.