Futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov Çempionlar Liqasına təyinat alıb

Futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb.

"Olimpsport" xəbər verir ki, bu barədə klub açıqlama yayıb. Bildirilib ki, Knyaz Əmiraslanov futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsinin H qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Qeyd edək ki, Albaniyanın “Tirana Futsal”, Bosniya və Herseqovinanın KMF “Radnik Bijeljina”, Uelsin “Cefn Druids” və Şimali İrlandiyanın “Sparta Belfast” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 23-dən 26-dək Albaniyada təşkil olunacaq.