Azərbaycan üzgüçüsü dünya çempionatında finala yüksəlib

Azərbaycan para-üzgüçüsü Vəli İsrafilov İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.

"Olimpsport" xəbər verir ki, idmançımız 100 metr məsafəyə brass üzrə üzmə yarışında 1:12.34 nəticə göstərib.

Final yarışı bu gün Bakı vaxtı ilə saat 21:06-da başlayacaq.