Millimiz dünya çempionatının bürünc medalını qazanıb

Raman Salei dünya çempionatının bürünc medalını qazanıb.

"Olimpsport" xəbər verir ki, üzgüçümüz, 3 qat paralimpiya çempionu Raman Salei Mançesterdə keçirilən dünya çempionatında 50 metr sərbəst üzmə növündə 24.40 saniyə nəticə göstərərək yarışın bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Raman Salei dünya çempionatında üçüncü medalını qazanır. Daha öncə keçirilən yarışlarda idmançımız gümüş və bürünc medallara layiq görülüb.