"Neftçi" Praqa mərhələsinə qələbə ilə start verib

Çexiyada təşkil olunmuş 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Praqa mərhələsi start götürüb.

"Olimpsport" "Report"a istinadən xəbər verir ki, Azərbaycan millisi ilk görüşündə 9:20 hesabı ilə Çiliyə, ikinci oyununda isə 13:21 hesabı ilə İsveçrəyə məğlub olaraq mübarizəni təsnifat mərhələsində dayandırıb.

C qrupunda qərarlaşmış "Neftçi" isə ilk görüşündə Latviya millisinə 16:14 hesabı ilə qalib gəlib. Azərbaycan klubu növbəti oyununu Litvaya qarşı keçirəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.