Daha üç cüdoçumuz beynəlxalq turnirdə medal qazana bilmədi

Azərbaycan cüdo millisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Masters” turnirinin ikinci günündə də medal qazana bilməyib.

"Olimpsport" xəbər verir ki, yarışda bu dəfə 3 cüdoçu mübarizəyə qoşulub.

Yalnız Səid Mollai 81 kq çəki dərəcəsində medal əldə etməyə yaxın olub. Lakin o, 3-cü yer uğrunda görüşdə yaponiyalı Takanori Naqaseyə uduzub.

Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81) isə mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq) və Gültac Məmmədəliyeva (52 kq) uğursuz çıxış ediblər.