Azərbaycan avarçəkəni bürünc medal qazanıb

Azərbaycan avarçəkəni Bəhmən Nəsiri Çinin Çendu şəhərində keçirilən tələbələrin XXXI Yay Universiadasında bürünc medal qazanıb.

"Olimpsport" xəbər verir ki, birnəfərlik akademik avarçəkmə qayığında iki min metr məsafədə yarışan idmançımız təsnifat və yarımfinal mərhələsini birinci yerdə başa vuraraq finalda yarışmaq hüququ qazanıb.

Nəsiri həlledici yürüşdə də inamlı çıxış edib. İdmançımız son ana qədər çempionluq uğrunda mübarizə aparıb. Yekunda qaliblər fotofinişlə müəyyən ediliblər. Bəhmən Nəsiri az fərqlə üçüncü yeri tutaraq bürünc medala sahib olub.