AFFA nümayəndəsi Zümrüd Ağayeva beynəlxalq oyuna təyinat alıb

AFFA-nın uşaq və gənclər üzrə yarışlarının təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva beynəlxalq oyuna təyinat alıb.

"Olimpsport" xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Macarıstan – Qazaxıstan matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 7-də Macarıstanda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.