Azərbaycan cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq

Azərbaycan cüdo üzrə Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq.

"Olimpsport" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər ki, çempionata hazırlığı başa vuran gənc oğlanlardan və qızlardan ibarət yığma komandalar Avropa çempionatının keçiriləcəyi Niderlandın Haaqa şəhərinə yola düşüb.

Yarışda ölkəmiz 11 çəki dərəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq. İdmançılar sentyabrın 7-9-da fərdi yarışlarda, ayın 10-da isə komanda yarışlarında iştirak edəcəklər.

Yarışda federasiyanın “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Xatırladaq ki, gənc oğlanlardan və qızlardan ibarət yığmamız Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən indiyədək 7 beynəlxalq yarışda iştirak edib.