
Azərbaycan yığması at polosu üzrə Avropa çempionatında finala yüksəlib
Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa çempionatında Azərbaycan yığması qələbə seriyasını inamla davam etdirir.
"Olimpsport" "Report"a istinadən xəbər verir ki, sentyabrın 9-da Azərbaycan komandası yarımfinal mərhələsində Avstriya yığması ilə qarşılaşıb və növbəti qələbəyə imza ataraq finala vəsiqə qazanıb.
Mübarizəyə handikap fərqinə görə (6-8) 1,5 top fərqi ilə geridə başlayan milli ümumilikdə 6 qol vuraraq 6-3,5 hesabı ilə rəqibini darmadağın edib.
Rəqib komandanın qapısından zərbələrin 3-nü Tərlan Qurbanəliyev, 1-ni Elçin Camallı və 2-ni Joakin Kopello keçiriblər.
Turnirin Almaniya ilə İspaniya arasında keçirilən digər yarımfinal oyununda 7-5 hesabı ilə qonaqlar qalib olublar.
Beləliklə, Azərbaycan və İspaniya yığmaları arasında baş tutacaq final oyunu bu gün keçiriləcək.
Xatırladaq ki, çempionatın ilk oyununda yığmamız İspaniya yığmasına 6:5 hesabı ilə qalib gəlmişdi.
Daha çox xəbər







24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər







21-09-2023
AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21-09-2023
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb


21-09-2023
Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real Madrid" qələbə qazanıb











