Paralimpiya oyunlarının ilk günündə təmsilçilərimizin göstərdiyi nəticələr

"Rio 2016" Yay Paralimpiya Oyunlarıda ilk günün oyunları keçirilir.

Olimpsport.az xəbər verir ki, ilk yarış günündə Paralimpiyada millimizin 7 üzvü mübarizəyə başlayıb. Əvvəcə cüdoçularımız tatamiyə çıxıb.

60 kq-da mübarizə aparan Ramin İbrahimov 1/16 finalda  Argentinalı rəqibi Eduardo Gautonu təmiz qələbə ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Yarımfinala qədə uğurla irəlləyən cüdoçumuz bu mərhələdə Namozov Sherzoda məğlub olaraq bürünc medal uğrunda mübarizə aparacaq. 

Cüdo millimizin digər bir üzvü 66 kq çəkidə mübarizə aparan Bayram Mustafayevdə finala qədər bütün rəqiblərini məğlub edib. Yarımfinalda idmançımız Yaponiyalı rəqibi Fujumito Satoşini ippon fəndi ilə məğlub edərək finala vəsiqə qazanıb. Finalda cüdoçumuzun rəqibi  isə Özbəkistanlı Nigmatov Utkirjon olacaq. Bu döyüş Bakı vaxtı ilə saat 00:05-də keçiriləcək.

İdmançılarımızın uğurları bununla bitmir. Bu gün çıxış edən digər idmançılarımız da cüdoçularımızın uğularını davam etdirib. Atletimiz Elmir Cəbrayılov 400 metrəyə qaçışda 49.74 saniyə nəticəsi ilə yaımfinala vəsiqə qazanıb. Onun yarımfinal mübarizəsi Bakı vaxtı ilə saat 01.32-də başlayacaq.

Digəar atletimiz Elçin Muradov uzunluğa tullanma idman növündə 6.09 metr nəticə göstərərək 5-ci yerə layiq görülüb. Bununla da o mübarizəni dayandırıb. 

Üzgüçülərimiz də uğurla çıxış edərək finala vəsiqə qazanıb.  Dmitriy Saleh final öncəsi 100 metr delfin növündə 58.83 saniyə nəticə göstərərək finala vəsiqə qazanıb. Onun final mübarizəsi Bakı vaxtı ilə saat 03.01-də başlayacaq. 

Digər bir üzgüçümüz  Roman Saleh 100 metr delfin növündə 58.40 saniyə nəticə göstərərək finala vəsiqə qazanıb. Onun da final mübarizəsi eyni vaxtda başlayacaq.