Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Qızıl Avropa Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Xorvatiyada baş tutan ilk turun oyunlarının ardından Sloveniyaya yollanıb.

"Olimpsport" Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Maribor şəhərində bir neçə günlük məşq prosesi keçdikdən sonra komandamızın üzvləri sabah İstanbula, mayın 22-də isə II tura ev sahibiliyi edən Rumıniyaya yola düşəcəklər.

Qeyd edək ki, Azərbaycan yığması ikinci turda Rumıniya və İsveç komandaları ilə üz-üzə gələcək.