Azərbaycan Paralimpiya Oyunlarında ilk medalını qazandı

"Rio 2016" Yay Paralimpiya Oyunlarıda ilk günün oyunları keçirilir.

Olimpsport.az xəbər verir ki, ilk yarış günündə Paralimpiyada millimizin 7 üzvü mübarizəyə başlayıb.

Cüdo millimizin üzvü,  66 kq çəkidə mübarizə aparan Bayram Mustafayev finala qədər bütün rəqiblərini məğlub edib. Yarımfinalda idmançımız Yaponiyalı rəqibi Fujumito Satoşini ippon fəndi ilə məğlub edərək finala vəsiqə qazanıb. Bu mərhələdə cüdoçumuzun rəqibi  Özbəkistanlı Nigmatov Utkirjon olub. Həlledici görüşdə məğlub olan  Bayram Mustafayev  Azərbaycan komandasına ilk medalı qazandırıb.